Azərbaycana idxal edilən buğdanın dəyəri çoxalıb, həcmi isə azalıb

11:19 - 18.04.2022


18 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart ayları ərzində Azərbaycana 62 391,26 ABŞ dolları dəyərində 182 864,17 ton buğda idxal edilib.

ABC.AZ xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 30,6% artıb, həcmi isə 2,7% azalıb.

Qeyd edək ki, bu ilin ilk üç ayı ərzində buğda idxalı Azərbaycanın ümumi idxalının 2,13%-nə bərabər olub.

 

Bütün xəbərlər