Son 3 ayda nə qədər fındıq ixrac olunub?

12:36 - 18.04.2022


18 aprel, Fineko/abc.az. Cari ilin yanvar-mart ayları ərzində 40 329,7 min dollar dəyərində (38,8% artım) 7 037,52 ton (artım 50,3%) meşə fındığı ixrac olunub.

ABC.AZ-ın məlumatına görə, ölkədən həmçinin 7 291,15 min dollar dəyərində 11 102,48 ton alma ixrac olunub ki, bu göstərici üzrə dəyər olaraq 30% artım, həcm olaraq isə 21,4% azalma müşahidə olunub.

Bu ilin yanvar-mart aylarında ölkədən 29 533,91 min dollar dəyərində (7,3% az) 38 884,22 ton (azalma 8,2%) xurma ixrac olunub.

Hesabat dövründə nar ixracının dəyəri 23,9% azalaraq 2 198,22 min dollar, həcmi isə 23,6% azalaraq 1 415,56 ton təşkil edib.

İxrac üzrə hesabata ötən ilin may ayından etibarən kartof da daxil edilib ki, bu kateqoriya üzrə ilin bu ilin ilk üç ayında 611,24 min dollar dəyərində 1 250,21 ton məhsul ixrac olunub.

Bütün xəbərlər