Türkiyədə 17 manata olan dərman, Azərbaycanda 112 manata satılır

09:56 - 19.04.2022


19 aprel, Fineko/abc.az. Azərbaycanda 112 manata satılan dərmanı Türkiyədə alıcılar 17 manata alır.

ABC.AZ-ın məlumatına görə, bu barədə sosial şəbəkələrdə paylaşımlar edilir.

Ölkəmizdə bir qrup dərmanların qiyməti Tarif Şurası tərəfindən müəyyən edilsə də, qiymətləri tənzimlənməyən dərmanlar da az deyil.

Bu da apteklərdə bəzi preparatların baha satıldığı ilə bağlı iddialar yaradır. Belə ki, həmin dərmanların qiymətinin qonşu ölkələrlə müqayisədə nəzərə çarpacaq dərəcədə çox olduğu bildirilir.

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən bildirildi ki, Tarif Şurası tərəfindən tənzimlənən dərmanların qiymətlərində hər hansı bir artım yolverilməzdir.

Bütün xəbərlər