Əhali daha çox ərzağa ya geyimə pul xərcləyib?

10:26 - 19.04.2022


19 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi ötən 3 ayda əhalinin daha çox pul xərclədiyi məhsulların siyahısını açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, hesabat rübündə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 56,5 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 15,2 faizi toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 faizi avtomobil benzini və dizel yanacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 faizi kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 14,9 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Bütün xəbərlər