Azərbaycan Sığortaçılar Assosiasiyasının üzvləri üzvlük haqqı ödəmirlər

12:18 - 10.05.2018


10 may, Fineko/abc.az.  Azərbaycan Sığortaçılar Assosiasiyası (ASA) üzvlərinin sayını artırır.

ASA-nın məlumatında deyilir ki, “Efendi Leqal and İP Consultancy” və “Proqress sığorta agentliyi”nin üzvlük məsələsinin müzakirə edilməsi üçün müşahidə şurasının iclası keçirilib.

“Müşahidə şurasının üzvləri, vasitəçilərin Assosiasiyaya üzv olmaları haqqında, həmçinin,  Sığorta Vasitəçiləri Komitəsinin yaradılması barədə qərar qəbul etdilər”, - məlumatda belə deyilir.

Məlumatda deyilir ki, müşahidə şurasının üzvləri Sığorta şirkətlərinin üzvlük haqqı borcunun mövcudluğu müzakirə etdilər və onların işgüzar nüfuzuna xələl gətirə biləcəyinə görə qısa müddətdə haqların ödənilməsini şirkətlərə tövsiyə etdilər.

ASA-nın Müşahidə Şurasının tərkibinə “A-Group Sığorta” ASC, “Azsığorta” ASC, “Atəşgah Sığorta” ASC, “AXA MBASK Sığorta” ASC, Azərbaycan Dövlət Sığorta Şirkəti, “AzRe Təkrarsığorta” ASC, “İpək Yolu Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” daxildir.

 

Bütün xəbərlər