Soğan 65 qəpik bahalaşıb - Südün qiyməti isə 25 qəpik ucuzlaşıb

15:18 - 19.04.2022


19 aprel, Fineko/abc.az. Xəbər verdiyimiz kimi son bir ayda ərzaq  məhsullarının qiymətində bahalaşma müşahidə edilib.

ABC.AZ-ın məlumatına görə, bahalaşma tərəvəzlərdən də yan keçməyib.

Belə ki, son 30 gün ərzində 1 kq kartof və soğanın da qiymətində müvafiq olaraq 0,40 və 0.65 AZN-lik artım qeydə alınıb.

Hazırda kartof 1,30, soğan isə 1,15 AZN-ə satılır. Müvafiq dövr ərzində qiyməti dəyişməyən və hətta aşağı düşən məhsullar da var. Belə ki, pendirin 1 kq qiyməti dəyişməyərək 9,5 AZN olub.

Südün (1l) qiymətində isə 0,25 AZN azalaraq 1,65 AZN olub.

Bütün xəbərlər