Ölkəmizə 58 milyon 215 min ABŞ dolları dəyərində geyim əşyaları idxal edilib - Hesabat

15:42 - 19.04.2022


19 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycana xaricdən 58 milyon 215 min ABŞ dolları dəyərində geyim əşyaları və geyim üçün ləvazimatlar idxal edilib.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında aparılan hesablamalarına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 14,5% artıb.

Bu ilin fevral ayı ilə müqayisədə isə martda sözügedən məhsulların ölkəyə idxalı dəyər ifadəsində 1 milyon 945,37 min dollar və ya 9,1% artıb.

Mart ayında ölkəyə 23 milyon 2945 min dollar dəyərində geyim əşyaları idxal olunub.

Qeyd edək ki, bu ilin ilk üç ayında geyim əşyalarının və geyim üçün ləvazimatlarının idxalının ümumi idxalda payı 1,99% təşkil edib.

Bütün xəbərlər