Son 3 ayda Azərbaycana 163 milyon dollardan çox dərman gətirilib

15:59 - 19.04.2022


19 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycana 163 milyon 370 min ABŞ dolları dəyərində 7 min 456 ton əczaçılıq məhsulları idxal olunub.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, 2021-ci il ilin eyni dövrü ilə müqayisədə idxalın dəyəri 44,3%, həcmi isə 15,5% atıb.

Bu ilin mart ayında ölkəyə 43 milyon 862 min dollar dəyərində 2 min 755 ton sözügedən məhsullar idxal edilib ki, bu da fevral ayı ilə müqayisədə dəyər ifadəsində 39,7% az, həcm ifadəsində isə 21,7% çoxdur.

Qeyd edək ki, bu ilin birinci rübündə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalı l5,58%-nə bərabər olub.

 

Bütün xəbərlər