Nazir: Sənaye zonaları üzrə məhsul satışı 81% artıb

15:49 - 22.04.2022


22 aprel, Fineko/abc.az. Bu ilin ilk rübündə  sənaye zonaları tərəfindən 662,7 milyon manat dəyərində məhsul satılıb və bu məbləğin 304,1 milyon manatı ixracın payına düşüb.

ABC.AZ xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov “Twitter“ hesabında yazıb.

Nazir həmçinin qeyd edib ki, sənaye zonaları üzrə məhsul satışı 2021-ci ilin eyni dövrünə nisbətən 81,4%, ixrac isə 153,2% artıb.

Bütün xəbərlər