Nazirdən yeni təyinat

25.04.2022,14:07


25 aprel, Fineko/abc.az. Mədəniyyət Nazirliyinə yeni Aparat rəhbəri təyin olunub.

ABC.AZ xəbər verir ki, bu barədə mədəniyyət naziri Anar Kərimov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Vüqar Məmmədov nazirliyin Aparat rəhbəri vəzifəsinə gətirilib.

Qeyd edək ki, V.Məmmədov 2003-2007-ci illərdə Bakı Dövlət Universitetini, 2012-2014-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini, 2017-2020-ci illərdə Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fəqlənmə diplomları ilə bitib.