Milli valyutanın məzənnəsi kimi risklər artıq mövcud deyil - Nazir

14:21 - 25.04.2022


25 aprel, Fineko/abc.az. Azərbaycanda son illər müxtəlif səbəblərə görə qarşımızda durmuş milli valyutanın məzənnəsi və dəyər zəncirinin aşağı düşməsi kimi risklər artıq mövcud deyil.

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən konfransda iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

Nazir qeyd edib ki, həyata keçirilən tədbirlər nəticəsində həmin risklərin Azərbaycan iqtisadiyyatına təsirilərinin qarşısı alınıb.

"Ölkəmizdəki sənayə parkları, azad iqtisadi zonalar, aidiyyəti dövlət qurumlarının fəaliyyəti, gömrükdə "Yaşıl dəhliz"lər, əmək və vergi qanunvericiliyi sahəsində aparılan uğurlu dəyişikliklər bu gün yalnız yerli sahibkarlar üçün deyil, həm də xarici ölkələrdə bizə marağı artırır. Biz bu istiqamətdə lazımı dəstəyi verməyə hazırıq", - nazir qeyd edib.

Bütün xəbərlər