16:15 - 25.04.2022
25 aprel, Fineko/abc.az. Mayın 1-dən ölkəmizdə qapalı məkanlarda tibbi maskadan istifadə tələbi ləğv olunur. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah müvafiq qərar qəbul edib. Karantin qaydalarının yumşaldılması COVID-19 pasportunun da ləğv edilməsinə səbəb ola bilər?
ABC.AZ xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai səhiyyə və İslahatlar Mərkəzinin həkim-mütəxəssisi Könül İsmayılova bildirib ki, dünya dövlətlərinin səhiyyə orqanlarında şəraitə uyğun olaraq (yoluxanların sayı, xəstəliyin ağırlıq dərəcəsi, xəstəxanalarda çarpayı sayı, ölüm göstəricisi və s) müəyyən qərarlar qəbul etmək zərurəti yaranıb.
Lakin son yayılan omikron ştamı və onun subvariantlarının daha yüngül klinik xüsusiyyətlərlə müşahidə olunan xəstəlik törətmə qabiliyyəti, letallıq dərəcəsinin az olması, artıq bütün dünyada, o cümlədən, ölkəmizdə aparılan vaksinasiya strategiyası hazırda qəbul edilmiş karantin qaydalarına dəyişiklik edilməsi və yumşaldılması şərtlərinə əsas verir.
"Buna əsasən, bir sıra karantin qaydaları, qadağaları mərhələli şəkildə aradan qaldırılır", - deyə o qeyd edib.
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024
14 Oktyabr 2024