Yol kənarlarındakı 108 obyekt sökülüb

16:26 - 25.04.2022


25 aprel, Fineko/abc.az. Turizm marşrutları boyunca yol kənarlarındakı obyektlərin təmiri istiqamətində görülən işlər açıqlanıb.

Dövlət Turizm Agentliyindən ABC.AZ-a bildirilib ki, layihələndirmə işləri ilkin olaraq Şimal-Qərb turizm koridoru üzərində yerləşən və bu koridorun tərkib hissəsi olan Bakı üzrə Binəqədi və Abşeron rayonlarında, eləcə də Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarında aparılıb.

“Görülən işlərin əsas məqsədi qeyd olunan rayonlarda yerləşən ticarət və istirahət, həmçinin digər obyektlərin yenidən müasir tələblərə cavab verməklə layihələndirilməsi, layihəyə uyğun olaraq texniki, konstruktiv cizgilərlə təmin edilməsindən ibarətdir. Birinci mərhələdə Qobustan, Şamaxı, Ağsu və İsmayıllı rayonlarına Dövlət Turizm Agentliyi, rayon icra hakimiyyətləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə birgə baxış keçirilərək 218 obyekt təsbit edilib. Bunlardan 108 obyektin qanunsuz tikilməsi və təhlükəsizlik amili nəzərə alınaraq sökülməsinə qərar verilib. Əsas hissəsi aşınmış yollar və yol mühafizə zonasına aid olan 218 obyektdən 110-nun yenidən layihələndirilməsinə qərar verilib. Hazırlanmış layihələr təqdim olunduqdan sonra layihədə nəzərdə tutulan işlər sahibkarlar tərəfindən həyata keçirilib”, - qeyd olunub.

Bütün xəbərlər