Üç ay ərzində ən az sığorta ödənişi edən şirkətlər - Siyahı

10:13 - 26.04.2022


26 aprel, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycanda həyata keçirilmiş 61 milyon 228 min manat sığorta ödənişinin 46 milyon 428 min manatı və yaxud 75,8%-i 5 sığorta şirkətinin payına düşüb.

ABC.AZ Renkinq-ə istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Sığorta" (17 milyon 181 min manat) və “PAŞA Həyat Sığorta” (14 milyon 359 min manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”, 6 milyon 352 min manat), eləcə də “Xalq Sığorta” (5 milyon 701 min manat) və “Atəşgah Həyat Sığorta” (2 milyon 835 min manat) ASC-lərdir.

3 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə “Meqa Həyat Sığorta” (0 manat), “Xalq Həyat Sığorta” (5 min manat), “İpək Yolu Sığorta” (16 min manat), “Naxçıvan Sığorta” (87 min manat) və “Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” (119 min manat) ASC-lərdir.

Adları çəkilən şirkətlər ümumilikdə 227 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,4%-i deməkdir.

Bütün xəbərlər