Bakıdakı qəzalı binalarla bağlı Komissiya yaradıldı

10:52 - 26.04.2022


26 aprel, Fineko/abc.az. Qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinə Rayon İcra Hakimiyyəti başçıları şəxsən məsuliyyət daşıyır.

Bakı Şəhər İcra Hakimiyyətindən ABC.AZ-a daxil olmuş məlumata görə, paytaxtda qəzalı vəziyyətdə olan, öz resursunu başa vurmuş çoxmənzilli yaşayış binalarının inventarizasiyası (əmlakının yoxlanılması) və bu binalarda yaşayan sakinlərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsi məqsədilə müvafiq Komissiya yaradılıb.

“Komissiyanın tərkibinə şəhər və paytaxt rayonları İcra Hakimiyyətlərinin məsul nümayəndələri daxil edilib. Komissiyaya Bakı şəhərinin ərazisində yaşayış üçün təhlükəli olan yaşayış binalarının inventarizasiyasının aparılması və bununla bağlı təkliflərin hazırlanmasının təmin edilməsi tapşırılıb. Sərəncamda Bakı şəhərinin Rayon İcra Hakimiyyətləri başçılarının balans sahibindən asılı olmayaraq, qəzalı binalarda yaşayan sakinlərin təhlükəsizliyinə görə şəxsən məsuliyyət daşıdıqları xüsusi olaraq vurğulanıb. Artıq Komissiya üzvləri rayonlar üzrə inventarizasiya işlərinə başlayıblar”, - deyə məlumatda qeyd olunub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər