İcbari şəxsi sığorta üzrə ödənişlər də proaktiv qaydada təyin ediləcək

14:25 - 26.04.2022


26 aprel, Fineko/abc.az. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən dövlət icbari şəxsi sığortası sahəsində elektron infrastrukturun yaradılması nəticəsində həmin sığorta ödənişlərinin də elektron sistem üzərindən proaktiv təyinatı mexanizmi qurulacaq.

Nazirlikdən ABC.AZ-a verilən məlumata görə, sığorta hadisəsindən sonra zərərçəkmiş şəxsin özünə, vəfat etdiyi halda vərəsələrinin müraciətinə və hər hansı sənəd təqdim etməsinə ehtiyac qalmadan sığorta ödənişi avtomatik təyin ediləcək və aidiyyəti şəxsin e-sistemdə qeyd olunmuş telefon nömrəsinə bu barədə SMS-bildiriş göndəriləcək.

Nazirlik tərəfindən elektron xidmətlərin dairəsi mütəmadi genişlənir.

Qurum üzrə 175 xidmətdən hazırda 110-u elektron, habelə 46-sı proaktiv qaydada göstərilir.

Bütün xəbərlər