Rusiyada işsizlik kəskin artıb

10:58 - 27.04.2022


27 aprel, Fineko/abc.az. Rusiya Müstəqil Həmkarlar İttifaqları Federasiyası yazılı açıqlama yayaraq bildirib ki, Ukraynadakı müharibə səbəbi ilə Rusiyada məşğulluq sektorunda çətinliklər yaranıb.

ABC.AZ-ın xarici mətbuata istinadən məlumatına görə, federasiya ölkədə işsizliyin yanvar-fevral ayları ilə müqayisədə 0,3% artaraq 4,4%- ə çatdığını açıqlayıb. İlin əvvəlindən müflis olan şirkətlərin sayının isə 4,5% artdığı bildirilib.

Məlumatda qeyd olunub ki, rəsmi olaraq qeydiyyatdan keçmiş işsizlərin sayı yanvar-fevral ayları ilə müqayisədə 0,3% artaraq 4,4%- ə yüksəlib.

"İşsizliyin ən ağır olduğu ərazi Şimali Qafqazdır" - məlumatda deyə bildirilib.

Açıqlamada, Moskvada işsizlik səviyyəsi 2,2 %, Sankt-Peterburqda bunun 1,5 % səviyyəsində olduğu qeyd olunub.

Müəllif: Elmir Murad

Bütün xəbərlər