Pandemiyadan zərər çəkmiş sahibkarlara 10 ay ərzində 22 milyon manat verilib

16:25 - 27.04.2022


27 aprel, Fineko/abc.az. 2020-ci il iyun ayından bu il aprelin 1-dək dövlət zəmanətli kredit və subsidiya dəstəyi layihəsi çərçivəsində pandemiyadan zərər çəkmiş sahibkarlara 22 milyon manat subsidiya ödənilib.

ABC.AZ xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Nazir qeyd edib ki, mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılması ilə bağlı daxil olmuş 6.290 müraciətdən 5.010-u üzrə müsbət qərarlar qəbul edilib.

Təsdiqlənmiş subsidiyanın ümumi məbləği 69,4 milyon manat olub.

Bütün xəbərlər