Çində koronavirusa yoluxma artıb - Məktəbıər distant təhsilə keçib

10:46 - 28.04.2022


28 aprel, Fineko/abc.az. Çində koronavirusa yoluxma sayı hər gün artmaqdadır.

ABC.AZ-ın məlumatına görə, artım səbəbi ilə məktəblər də distant təhsilə keçib. Söhbət Tonçjou şəhərinin ətrafı və paytaxtın iki mərkəzi rayonundan biri - Xiçenqdən gedir.

Tonçjouda orta və ibtidai məktəblərin, eləcə də peşə-texniki məktəblərinin şagirdləri distant təhsilə keçirilib.

Uşaq bağçaları da növbəti xəbərdarlığa qədər müvəqqəti bağlanıb.

Bütün xəbərlər