Danimarka peyvəndləməni dayandırır - Qərar qəbul olundu

11:25 - 28.04.2022


28 aprel, Fineko/abc.az. Danimarkada yeni qərarla peyvəndlənmə dayandırılıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, Danimarkada yeni növ koronavirusa qarşı peyvənd artıq bir müddətdir ki, tətbiq edilmir.

Danimarka Səhiyyə İdarəsinin epidemiyalar üzrə direktoru Bolette Soborq mətbuata verdiyi açıqlamada virusun ölkə daxilində nəzarət altına alındığını və ölkənin COVİD-19-a qarşı mübarizədə yaxşı vəziyyətdə olduğunu söyləyib.

Soborq mayın 15-dən etibarən peyvəndləri tamamilə dayandırmağı planlaşdırdıqlarını bildirib.

Bütün xəbərlər