"Amazon" 3,8 milyard zərər edib - Hesabat açıqladı

10:41 - 29.04.2022


29 aprel, Fineko/abc.az. "Amazon" 2015-ci ildən bəri ilk dəfə olaraq rüblük itki ilə bağlı hesabat açıqlayıb.

ABC.AZ Şirkətin açıqlamasına istinadən xəbər verir ki, "Amazon"un bu ilin yanvar-mart dövründə gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 116,4 milyard dollara çatıb.

Ötən ilin eyni dövründə şirkətin satışları 108,5 milyard dollar təşkil etmişdi.

Qeyd edək ki, keçən ilin ilk rübündə 8,1 milyard dollar mənfəət açıqlayan Amazon, bu ilin eyni dövründə 3,8 milyard zərər edib.

Müəllif: Elmir Murad

Bütün xəbərlər