“Azərsun Sənaye Parkı”ndakı yanğın zamanı 20-30 milyon manatlıq qida yanıb

10:49 - 29.04.2022


29 aprel, Fineko/abc.az. Ötən gün baş verən yanğında “Azərsun Sənaye Parkı”na dəymiş ziyanla bağlı bəzi detallar məlum olub.

ABC.AZ Apa-ya istinadən xəbər verir ki, “Azərsun Sənaye Parkı”ndakı mənbədən əldə edilən məlumata görə, yanğın əvvəlcə plastik qablar fabrikindən başlayıb.

Daha sonra kərə yağlarının yığıldığı soyuducu anbara keçib. Burada satışa çıxarılmaq üçün nəzərdə tutulan 5-6 aylıq yağ ehtiyatı olub.

Məlumata görə, fabrik bir neçə aydır ki, bu anbarı doldurmaq üçün çalışırmış. Təkcə yağ anbarında yanan məhsullarla bağlı dəyən ziyanın isə on milyon manatlarla ölçüldüyü deyilir.

Bildirilir ki, anbardakı yağ məhsulları təkcə yerli bazar üçün deyil, həm də xaricə ixrac üçün nəzərdə tutulubmuş: “Plastik qablar fabriki yeni yaradılmış müəssisə idi və tam gücü ilə işləmirdi. Əsas zərər yağın istehsal edildikdən sonra ilk daxil olduğu əsas anbarla bağlıdır. Təkcə məhsula dəyən ziyan 20-30 milyon manat həcmində ola bilər".

 

Bütün xəbərlər