27 ildə qətnamələrin heç biri icra edilmədi, biz onları özümüz icra etdik - Prezident

17:16 - 29.04.2022


29 aprel, Fineko/abc.az. Beynəlxalq təşkilatların qərarlarına, qətnamələrinə heç zaman ümid bəsləməyin, çünki onların heç bir dəyəri yoxdur.

ABC.AZ xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfransda bildirib.

Dövlət başçısı bildirib ki, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdi və həmin qətnamələrə əsasən, Ermənistan hərbi qüvvələri dərhal ərazilərimizi tərk etməsini tələb edirdi.

Buna baxmayaraq, 27 il ərzində qətnamələrin heç biri icra edilmədi, biz onları özümüz icra etdik.

Bütün xəbərlər