Antalyada kirayə evlərin qiyməti artıb - 170 dollardan 680 dollara qalxıb

04.05.2022,11:23


4 may, Fineko/abc.az. Rusiyanın Ukraynaya hərbi təcavüzü və başlayan müharibə Türkiyə kurortlarında qiymətlərin bahalaşmasına səbəb olub.

ABC.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, rusların və ukraynalıların buraya Türkiyəyə axışması səbəbindən Antalyanın Aralıq dənizi bölgəsində mənzillərin aylıq kirayə haqqı kəskin bahalaşıb.

Belə ki, əvvəllər aylıq 170 dollar olan kirayələr indi 680 dollaradır.

Bununla yanaşı şəraiti olan bəzi mənzillər xaricilərə indiyədək görünməmiş məbləğə, hətta ayda 2700 dollara kirayəyə verilir. Daşınmaz əmlak agentliyinin nümaynədəsi Omur Kuşçalar isə bildirib ki, son həftələr mənzillərə tələbat ikiqat artıb, əsas səbəb Rusiyanın fevralın 24-də Ukraynaya hücumu olub.

Müəllif: Elmir Murad