Azad olunmuş 3 rayonda məktəb tikiləcək - Nazir

04.05.2022,14:46


4 may, Fineko/abc.az. Qarabağ zəfəri Azərbaycan təhsili üçün də yeni bir səhifə açıb.

ABC.AZ xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə deyib.

Onun sözlərinə görə, Azərbaycan məktəbi bu gün zəfər çalmış ölkənin məktəbidir:

"Bu gün təhsilimizin qarşısında bir sıra ümdə məsələlər durur. Şuşada və Ağdamda məktəblər tikilir. Sevindirici haldır ki, ən birinci tikilən binalar elə məktəb binaları olub. O cümlədən Cəbrayılda, Suqovuşanda, Zəngilanda yeni məktəblər tikiləcək. Azad olunmuş ərazilərimiz zəng səsinə qovuşacaq".