Bu nazirlik daxili bazarda borclanmanı azaldıb

04.05.2022,15:03


4 may, Fineko/abc.az. Maliyyə Nazirliyi 2022-ci ilin ilk 4 ayında (yanvar-aprel) dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 413 milyon 122 min 563 min manat cəlb edib.

ABC.AZ Bakı Fond Birjasının statistikasına itinadən xəbər verir ki, 2021-ci ilin eyni dövrü ilə müqayisədə dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə cəlb edilən vəsait 222 milyon 308 min 357 manat və ya 35% azalıb.

Maliyyə Nazirliyi 2021-ci ilin yanvar-aprel dövründə dövlət istiqrazlarının yerləşdirilməsi yolu ilə 635 milyon 430 min 920 manat cəlb etmişdi.

Dövlət istiqrazları ürə təkrar bazarın həcmi 382 milyon 636 min 773 manatdan 203 milyon 124 min manata geriləyib.