Prezident Zəngəzur barədə Sərəncam verdi

15:37 - 4.05.2022


4 may, Fineko/abc.az. Prezident İlham Əliyev "Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında" Sərəncam imzalyıb.

ABC.AZ xəbər verir ki, Sərəncam ilə, Vahid Rasim oğlu Hacıyev “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Qeyd edək ki,  Vahid Hacıyev “Agro Dairy” Məhdud Məsuliyyətli Cəmiyyətin İdarə Heyəti sədri vəzifəsində çalışırdı. V.Hacıyev 13 il  “BP Azerbaijan”də müxtəlif yüksək vəzifələrdə də işləyib. “Agro Dairy” MMC taxılçılıqla məşğul olan Azərbaycanın aparıcı kənd təsərrüfatı şirkətlərindən biridir və əsasən Samux, Tovuz və Hacıqəbul rayonları ərazisində fəaliyyət göstərir.

Bütün xəbərlər