Qubadlıda üzüm bağlarında aqrotexniki işlər üçün tender keçirilir

11:32 - 5.05.2022


5 may, Fineko abc.az. İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən Qubadlı rayonunun Xəndək, İşıqlı və Bala Soltanlı kəndləri ərazisində yerləşən və Agentliyin balansına verilmiş 52 hektar mövcud üzüm bağlarında mövsümlə əlaqədar olaraq təxirəsalınmaz aqrotexniki iş və xidmətlərin satın alınması üçün açıq tender keçirilir.

Tenderdə iştirak haqqı 100 manatdır.

ABC.AZ etender.gov.az veb saytına istinadən xəbər verir ki, iddiaçılar tender təkliflərini 20.05.2022 18:00 tarixinə qədər təqdim edə bilərlər.

Əlaqələndirici şəxs: Abbas Mamedov, [email protected]

Bütün xəbərlər