“Nar” və Azərbaycan Könüllü Təşkilatları İttifaqı arasında memorandum imzalandı - Foto

04.05.2022,13:55


4 may, Fineko abc.az. “Nar” və Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) arasında qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalanıb. Memorandumu “Nar” tərəfindən şirkətin Baş İcraçı Direktoru Qunnar Panke, AKTİ tərəfindən isə ittifaqın sədri Yusif Vəliyev imzalayıb.

Memorandum çərçivəsində “Nar” və AKTİ tərəfindən Azərbaycanda könüllülük mədəniyyətinin təşviqinə dəstək məqsədilə ortaq tədbir və layihələrin həyata keçirilməsi, eləcə də qarşılıqlı təcrübə mübadiləsinin aparılması nəzərdə tutulur.

“Ölkənin ən gənc mobil operatoru olaraq könüllülük işinin təşviqinə dəstəyimizi ifadə etməkdən məmnunluq duyuram. Əminəm ki, məhz könüllülərin tələblərinə uyğun şəkildə  hazırladığımız xüsusi tarif onlar arasında daha rahat ünsiyyəti təmin etməklə təşkilatın ümumi işinə öz töhfəsini verəcək”, - deyə “Nar”ın Baş İcraçı Direktoru Qunnar Panke bildirib. 

İttifaqın sədri Yusif Vəliyev: “22 Könüllü təşkilatının üzv olduğu Azərbaycan Könüllü Təşkilatları İttifaqı olaraq “Nar” mobil operatoru ilə əməkdaşlığa başlamaqdan məmnunuq. İnanırıq ki, bu əməkdaşlıq Azərbaycan könüllüləri üçün yeni imkanlar yaradacaq, könüllülüyün inkişafına öz töhvəsini verəcək”.

Qeyd edək ki, Azərbaycan könüllüləri arasında effektiv koordinasiyanın təmin edilməsi, əlaqələrin asanlaşdırılması məqsədilə, “Nar”ın xüsusi yaratdığı tarif əsasında könüllülər arasında mobil zənglər pulsuz olacaq.

Açar sözlər: Nar