Daha bir şirkət yaradıldı - 1000 manat nizamnamə kapitalı var

14:19 - 5.05.2022


5 may, Fineko/abc.az. 26 aprel 2022-ci il tarixində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti "PAŞAİNVEST I" MMC-ni dövlət qeydiyyatına alıb.

ABC.AZ xəbər verir ki, şirkətin qanuni təmsilçisi Nəriman Sərdarlı Həsən oğludur. Nəriman Sərdarlı "PAŞA Bank"ın Müşahidə Şurasının üzvüdür.

Qeyd edək ki, 1000 manat nizamnamə kapitalı olan şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər pr ev 153-dür.

Bütün xəbərlər