Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası ilə bağlı vəziyyət nə yerdədir?

15:40 - 5.05.2022


5 may, Fineko/abc.az. Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə ikitərəfli komissiya ilə bağlı müzakirələr davam edir.

ABC.AZ-ın məlumatına görə, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O bildirib ki, aprelin sonuna qədər həll yolu tapacağımıza ümid edirdik.

"Lakin deyə bilərəm ki, hazırda intensiv müzakirələr hələ davam etdirilir. İkitərəfli komissiyanın görüşünün yaxın zamanlarda baş tutmasına ümid var. Müzakirələr işçi qrupu ilə bağlı yanaşmalar barədədir. Lakin yekun cavabı hələ tapmadığımız digər məsələlər də var. Cavab tapılan kimi ictimaiyyətə açıqlama veriləcək və görüş baş tutacaq”, - deyə Qriqoryan söyləyib.

Bütün xəbərlər