Qəhvə istehsalçısı “Paulig” Rusiyadakı biznesini satdı

17:28 - 5.05.2022


5 may, Fineko/abc.az. Finlandiyanın qəhvə istehsalçısı “Paulig” Rusiyadakı biznesini satıb.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, şirkətin Rusiyadakı biznesini “Milagro Beverage Company”nin top-meneceri olan Hindistan vətəndaşı Vikas Soi alıb.

Müqavilənin məbləği barədə hələki məlumat verilməyib. Qeyd edək ki, “Paulig” brendi Rusiya bazarından çıxsa da, keçid dövrü davam edəcək.

Müəllif: Elmir Murad

Bütün xəbərlər