“Youtube”da qarşınıza tez-tez çıxan reklamlardan necə qurtulmaq olar?

17:15 - 6.05.2022


6 may, Fineko/abc.az. Çox güman ki, “Youtube”da çıxan reklamlardan siz də cana gəlmisiniz. Əksər adamlar sözügedən sosial mediada reklamların təkrarlanmasını istəmir. Bəs, mecə etmək olar ki, təkrarlanan reklamlar qarşımıza çıxmasın?!

ABC.AZ bu yazıda bunu sizə izah etmiş olacaq.

1) “Youtube”da hər hansısa filmə baxarkən aşağı sol hissədə “info” işarəsinə toxunmaq lazımdır.

2) Növbəti ekranda “bu reklamı görmək istəmirəm” sözünün üzərinə toxunursunuz.

3) İndi “Bu reklamı görmək istəmədiyinizə əminsiniz?” “Bəli” düyməsini seçib sıxırsınız.

4) Daha sonra “Getdi. Bu reklamda səhv olan nə idi?” “Repetitive” düyməsini sıxırsınız və göndərirsiniz. Cavabınız “Youtube”a göndərilir.

Eyni reklam yenidən çıxarsa, bu mərhələni bir neçə dəfə təkrar etmək lazımdır. Artıq alqoritmlər həmin reklamı sizə göndərməyəcək.

Bütün xəbərlər