“Windows 11”in son yeniləməsini silmək lazımdır - Şirkətdən çağırış

17:30 - 6.05.2022


6 may, Fineko/abc.az. “Microsoft” şirkəti istifadəçiləri “Windows 11”in son yeniləməsini silməyə çağırıb.

ABC.AZ xəbər verir ki, bu barədə “BleepingComputer” məlumat yayıb.

Məlumatda qeyd edilib ki, “Windows 11”in növbəti yeniləməsi zamanı əməliyyat sistemində problemlər yaranıb.

İstifadəçilər bildiriblər ki, yeniləməni etdikdən sonar bəzi proqramlar açılmayıb və ya düzgün işləməyib.

Hazırda problemin aradan qaldırılması üzərində iş gedir.

Bütün xəbərlər