Ən çox və ən az satılan avtomobillər - Siyahı

10.05.2022,16:24


10 may, Fineko/abc.az. 2022-ci ilin birinci rübü üzrə Azərbaycanda rəsmi avtomobil dilerlərinin satışlarının həcmi məlum olub.

ABC.AZ Apa-ya istinadən məlumatına görə, yanvar-mart aylarında 33 brend üzrə 2189 avtomobil satılıb.

Satışların həcminə görə, “Toyota” birinci (544 ədəd), “Hyundai” ikinci (377 ədəd), “Kia” isə üçüncü (284 ədəd) olub.  “Lada”nın istehsalı ilə bağlı məhdudiyyət yaransa da, satışların həcminə görə siyahıda dördüncü (268 ədəd) olub. Bununla belə, fevral ayı ilə müqayisədə mart ayında “Lada”nın satışı 11% azalıb.

İlk beşliyi 126 ədəd satışla “Mitsubishi” tamamlayıb.

2022-ci ilin birinci rübündə 5 marka üzrə - “Lamborgini”, “Ferrari”, “Jaguar”, “ZX Auto” və “Opel” avtomobili satılmayıb.