11.05.2022,10:48
11 may, Fineko/abc.az. Yaponiyanın ən böyük avtomobil istehsalçısı "Toyota Motor" şirkətinin rəhbərliyi istehsalını qismən dayandırmaq niyyətlərini açıqlayıb.
ABC.AZ-ın xarici mediaya istinadən məlumatına görə, şirkətdən bildirilin ki, mayın ortalarında Yaponiyadakı səkkiz zavodunda istehsal xətlərinin bir hissəsini müvəqqəti olaraq dayandıracaqlar.
İstehsal mayın 16-dan 14 konveyerdə maksimum altı günə dayanacaq.
Buna səbəb koronavirusla bağlı vəziyyətə görə müxtəlif məhdudiyyətlərin tətbiq olunduğu Çindən komponentlərin tədarükündə yaranan fasilələrdir.
Yarımkeçirici çatışmazlıqları səbəbindən Toyota Motorun bu ay Yaponiyada və xaricdə avtomobil istehsalı təxminən 700 min ədəd olacaqdır.
Bu, ilkin nəzərdə tutulduğundan təxminən 130 min ədəd azdır.
2021-ci maliyyə ilinin nəticələrinə görə (31 mart 2022-ci ildə başa çatıb) Yaponiyanın ən böyük avtomobil korporasiyası "Toyota Motor"un prezidenti Akio Toyoda şirkətin tarixində rekord məbləğdə - 685 milyon yen (cari məzənnə ilə 5 milyon dollardan çox) mükafat alıb.
24.06.2022,15:44
24 İyun 2022 | 18:54
24 İyun 2022 | 17:31
24 İyun 2022 | 17:30
24 İyun 2022 | 17:10
24 İyun 2022 | 17:03
24 İyun 2022 | 16:51
24 İyun 2022 | 16:33
24 İyun 2022 | 16:19
24 İyun 2022 | 16:06
24 İyun 2022 | 15:56
24 İyun 2022 | 15:44
24 İyun 2022 | 15:34
24 İyun 2022 | 15:15
24 İyun 2022 | 15:11
24 İyun 2022 | 15:08