Mərkəzi Bank “CTC Holding” MMC-i barədə cərimə protokolu tərtib edib

12:12 - 11.05.2022


11 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı “CTC Holding” MMC barədə cərimə protokolu tərtib edərək Nizami Rayon Məhkəməsinə göndərib.

ABC.AZ Banker.az-a istinadən xəbər verir ki, maliyyə bazarlarının requlyatoru “CTC Holding” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol tərtib edib.

Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.

Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.

Bütün xəbərlər