Dövlət Vergi Xidməti 214500 manatlıq avtomobillər alıb

10:13 - 12.05.2022


12 may, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Khazar SD” markalı minik avtomobillərinin satın alınması üzrə tenderə yekun vurub.

ABC.AZ dövlət satınalmaları elektron portalına istinadən xəbər verir ki, qurum 13 ədəd “Khazar SD” avtomobili satın alıb.

Satınalma zamanı avtomobillər quruma 214 500 manata başa gəlib.

Daha dəqiq desək bir avtomobilin qiyməti 16 500 manat təşkil edib.

Tenderin qalibi “AzərMaş” MMC ilə müqavilə imzalanıb.

Bütün xəbərlər