Qətərlilər "McDonald's Türkiyə"ni satın alıb

11:08 - 12.05.2022


12 may, Fineko/abc.az. "McDonald's Türkiyə" qətərlilərə satılıb.

ABC.AZ xəbər verir ki, "Anadolu Holding", tərkibindəki "Anadolu Restoran" şirkətini (Türkiyədə McDonald's restoranlarını idarə edən şirkət) 54,5 milyon dollara qətərlilərə məxsus "Boheme Investment" şirkətinə satıb.

Əsas ofisi Avstriyanın paytaxtı Vyanada yerləşən “Boheme Investment” şirkəti Qətərli investor Kamal Saleh Əl Mananın törəmə şirkətidir. Türkiyədəki "McDonald's"i almaq üçün müqavilə Qətər şirkəti ilə 11 mayda imzalanıb.

Müəllif: Elmir Murad

Bütün xəbərlər