Azərbaycan, Ermənistan və Rusiya XİN başçıları görüş üçün Düşənbəyə getdi

12:36 - 12.05.2022


12 may, Fineko/abc.az. Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirləri Düşənbədə görüşəcək.

ABC.AZ xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vahan Hunanyan "Twitter"də bildirib.

Mətbuat katibi Ermənistan XİN başçısı Ararat Mirzoyanın MDB Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün mayın 12-13-də Düşəbədə səfərdə olacağını bildirib.

“Düşənbədə Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşü planlaşdırılır. Xarici işlər naziri MDB ölkələrindən olan digər həmkarları ilə də görüşlər keçirəcək”, - Ermənistan XİN sözçüsü bildirib.

 

Bütün xəbərlər