Valyuta hərracında bankların tələbi 12% artıb

12:38 - 12.05.2022


12 may, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) Dövlət Neft Fondunun iştirakı ilə valyuta hərracı keçirib.

AMB-nin məlumatında deyilir ki, mayın 12-də baş tutan valyuta hərracında $45,5 mln satılıb ki, bu da ötən hərracda olduğundan $4,9 mln (12,07%) çoxdur.

"Valyuta hərracında banklar tərəfindən tələb $45,5 mln. təşkil edib və tam təmin edilib", - deyə AMB-nin məlumatında bildirilir.

Hərracın nəticələrinə görə manatın ortaçəkili məzənnəsi 1,7000 AZN/USD səviyyəsində formalaşıb.

Bütün xəbərlər