Rayonlardakı kirayə evlərin qiyməti bahalaşır - Ekspertdən açıqlama                

14:26 - 12.05.2022


12 may, Fineko/abc.az. Yay fəsli yaxınlaşdıqca rayonlarda kirayə evlərə tələbat da artır. Bu isə həmin ərazilərdə kirayə evlərin qiymətində artıma səbəb olur. Məsələ ilə bağlı açıqlama verən əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib ki, yaya doğru turizm potensialına malik rayonlarda kirayə mənzillərin bahalaşması qaçılmaz olacaq.

ABC.AZ xəbər verir ki, bu barədə ekspert yerli mətbuata danışıb.

Onun sözlərinə görə, hər il öncəki illə müqayisədə turizm bölgələrinə turist axını artır: “Bəzi turistik rayonlarda hotellərin sayı azdır. Belə hallar fərdi evlərin günlük kirayə qiymətlərinin artmasına səbəb olur”.

Bütün xəbərlər