"Siemens" Rusiyada işini dayandırır

15:12 - 12.05.2022


12 may, Fineko/abc.az. Almaniyanın "Siemens" konqlomeratı Rusiyadakı biznesini bağladığını açıqlayıb.

ABC.AZ xəbər verir ki, qərar Ukrayna ətrafında baş verənlərlə bağlıdır.

Bu barədə şirkətdən bildirilib. Şirkət Rusiyada sənaye sektorunda bütün istehsal əməliyyatları və biznes fəaliyyətlərinin dayandırılması prosesinə başlayıb.  Ukraynada Rusiya xüsusi əməliyyatı başlayandan sonra şirkət Rusiya və Belarusda yeni biznesini və bu ölkələrə beynəlxalq çatdırılmalarını dayandırıb.

Bütün xəbərlər