Bu Assosiasiya Gömrük Komitəsini onlara çətinlik yaratmaqda ittiham edir - Şikayət

15:48 - 12.05.2022


12 may, Fineko/abc.az. Bir müddət əvvəl Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) quş əti və yumurta istehsalçılarının çətinlikləri, ehtiyaclarını müzakirə etmək üçün dövlət qurumlarına müraciət etsə də, indiyədək yalnız Dövlət Gömrük Komitəsindən sahibkarların müraciətinə hər-hansı reaksiya verilməyib.

ABC.AZ xəbər verir ki, bu barədə Assosiasiya məlumat yayıb.

Bildirilib ki, quş əti və yumurta istehsalçıları bir neçə istiqamətdə gömrük orqanları ilə çətinliklər yaşamaqdadırlar:

“Qanunvericiliyə əsasən, kənd təsərrüfatı istehsalı və emalı üçün gətirilən avadanlıqlar idxal rüsumlarından azaddır. Lakin gömrük orqanları müxtəlif bəhanələrlə quş əti və yumurta istehsalçılarının gətirdikləri istehsal avadanlıqlarını rüsuma cəlb etməyə çalışırlar. Əvəzində isə Türkiyədə topdansatış qiyməti 50 sent olan birgünlük cücələrin Azərbaycana idxalını 25 sentə rahatlıqla rəsmiləşdirirlər. Özü də Türkiyədəki satış qiymətlərini təsdiq edən sənədləri dəfələrlə Dövlət Gömrük Komitəsi rəsmilərinə təqdim etdiyimiz halda...”

 

Bütün xəbərlər