Sənaye zonalarımızda istehsal olunan məhsullar 40-dan çox ölkəyə ixrac edilib

17:01 - 12.05.2022


12 may, Fineko/abc.az. 2022-ci ilin I rübündə 681 mln. manatlıq məhsul istehsalı ilə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 14.8%, qeyri-neft sənaye məhsullarının ixracında 36.3 % (318 mln. manat) olub.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib. Sənaye zonalarında istehsal olunan məhsullar dünyanın 40-dan çox ölkəsinə ixrac edilib.

Qeyd edək ki, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 7 il müddətinə gömrük rüsumlarından azad olunurlar. İndiyədək sənaye zonalarında 101 sahibkarlıq subyektinə rezidentlik statusu verilib və bunlardan artıq 58-i fəaliyyətə başlayıb.

Bütün xəbərlər