Ötən 4 ayda istifadəyə verilən yaşayış evlərinin sayı azalıb - Hesabat

17:33 - 12.05.2022


12 may, Fineko/abc.az. Bu ilin yanvar-mart aylarında Azərbaycanda istifadəyə verilən yaşayış evlərinin sayı və ümumi yaşayış sahəsi ötən ilin analoji dövrü ilə müqayisədə azalıb.

ABC.AZ xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, cari ilin birinci rübündə ölkədə ümumi sahəsi 369026,3 kvadrat metr təşkil edən 2819 yaşayış evləri istifadəyə verilib.

Bu, əvvəlki illə müqayisədə müvafiq olaraq 23,4% və 29,9% azdır.

Hesabat dövründə istifadəyə verilən yaşayış evlərinin ümumi sahəsindən 118564,5 kvadrat metri və ya 32,1%-i kənd yerlərinin payına düşüb ki, bu göstərici də illik ifadədə 15,2% azalıb.

Bütün xəbərlər