Ölmüş şəxslərin əmək müqaviləsinə hansı halda xitam veriləcək?

11:56 - 13.05.2022


13 may, Fineko/abc.az. Xəbərsiz itkin düşmüş və ya ölmüş işçilərin əmək müqaviləsinə xitam verilməsi qaydasının müəyyənləşdirilməsi müzakirəyə çıxarılıb. Belə ki, bununla bağlı Əmək Məcəlləsinə dəyişiklik layihəsi parlamentin iclasında müzakirəyə qoyulub.

ABC.AZ xəbər verir ki, dəyişikliklə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında işçi xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə əmək müqaviləsinə xitam veriləcək. Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Bütün xəbərlər