13.05.2022,12:26
13 may, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu 2021-ci ilin maliyyə göstəricilərini açıqlayıb.
ABC.AZ Fondun hesabatına istinadən xəbər verir ki, İKZF ötən ili 14 milyon 46 min manat xalis mənfəət ilə başa vurub.
Halbuki, Fond 2020-ci ili 7 milyon 228 min manat xalis mənfəət ilə bağlamışdı.
Beləliklə, İpoteka və Kredit Zəmanət Fondunun xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə təxminən 2 dəfə artıb. Bununla yanaşı İpoteka və Kredit Zəmanət Fondunun faiz gəlirləri 2020-ci ildə 41 milyon 486 min manat ikən, 2021-ci ildə 56 milyon 252 min manata yüksəlib.
Hesabata əsasən, 31 dekabr 2021-ci il tarixində İpoteka və Kredit Zəmanət Fondunun ipoteka kreditləri portfeli 1 milyard 410 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2020-ci ilin sonunda Fondun ipoteka kreditləri portfeli 1 milyard 138 milyon manat idi.
2 iyun 2022-ci il tarixində Bakı Fond Birjasında İpoteka və Kredit Zamanət Fondu ASC–nin AZ2060008680 ISIN-li, 15 milyon manat həcmində, 9000 (8951 qalıq) gün tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac yekunlaşıb.
02.06.2022,17:31
24 İyun 2022 | 18:54
24 İyun 2022 | 17:31
24 İyun 2022 | 17:30
24 İyun 2022 | 17:10
24 İyun 2022 | 17:03
24 İyun 2022 | 16:51
24 İyun 2022 | 16:33
24 İyun 2022 | 16:19
24 İyun 2022 | 16:06
24 İyun 2022 | 15:56
24 İyun 2022 | 15:44
24 İyun 2022 | 15:34
24 İyun 2022 | 15:15
24 İyun 2022 | 15:11
24 İyun 2022 | 15:08