Beş şirkətə qarşı iş qaldırılıb - Düyü bazarı araşdırılır

12:37 - 13.05.2022


13 may, Fineko/abc.az. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti düyü bazarında araşdırmalar aparır.

ABC.AZ Xidmətə istinadən xəbər verir ki, araşdırma zamanı “SUN FOOD” MMC, “Xudafərin-1” MMC, “Qida XXI” MMC, “Elsaan Group” MMC, “VEYSƏLOĞLU” MMC, “Babək” firması və s tərəfindən antiinhisar qanunvericiyilinin pozulması əlamətləri aşkar olunaraq həmin təsərrüfat subyektləri barədə iş qaldırılıb. İşə 23.05.2022-ci il tarixində baxılacaq.

Qanun pozuntusu “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-cı maddəsinin 4-cü və 7-ci bəndlərinin və 10-cu maddəsinin 2-cı bəndinin tələblərin pozulması əlamətləri üzrədir.

Bütün xəbərlər