Kağızın idxalı və satışı ƏDV-dən azad edildi - Baş nazir qərar verdi

14:09 - 13.05.2022


13 may, Fineko/abc.az. Azərbaycanda kütləvi informasiya məhsullarının, kitabların və dərslik komponentlərinin, həmçinin həmin məhsulların istehsalı və nəşri ilə bağlı kağızın idxalı və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib.

ABC.AZ xəbər verir ki, bundan sonra kitab, qəzet, jurnal və onların istehsalı ilə bağlı kağız məhsullarının idxal və satışına görə 18 faiz ƏDV tutulmayacaq. Bununla bağlı bu gün – mayın 13-də Baş nazir müvafiq Qərar imzalayıb.

Xatırladaq ki, Prezidentin Fərmanı ilə ötən ilin dekabrında Vergi Məcəlləsinə edilmiş müvafiq dəyişikliyə dair siyahının təsdiqi Nazirlər Kabinetinə həvalə olunub. Bu qərar çap mediası məhsullarının maya dəyərini və onların istehsal xərclərini əsaslı azaltmaqla inkişafına təkan verəcək.

Bütün xəbərlər